Haqqımızda

“www.vetenxeber.com” internet xəbər portalı 2020-ci ildən fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

“www.vetenxeber.com” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və internet saytda «qaynar-xətt» fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. 

“www.vetenxeber.com” informasiya portalının yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir. Saytın rəhbərliyi Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və dövlətçiliyin möhkəmlənməsi istiqamətində yazılmış materialları dərc etməkdə maraqlıdır.

Əlaqə:        +994 55 522-24-99

Mail:            [email protected]

Twitter:       www.twitter.com/vetenxeber

Facebook:   www.facebook.com/vetenxeber

İnstagram:  www.instagram.com/veten_xeber